İranın Kərəc şəhərinin həbsxanasında 5 məhküm edam edilib
İranın Kərəc şəhərinin həbsxanasında 5 məhküm edam edilib
24.01.2023 MEDİA Tərəfindən

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alverində ittiham olunduqları bildirilir.

Əhməd Zalitəbar, Saman Nəbi Gərrusi, Abülfaz Bərqaninəjad, Sabina İsmayılzadə və Ümid Kərəməli adlı şəxslərin narkotik maddələrin alverində günahlandırıldıqları bildirlir.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

İnsan haqlarının son hesabatından bu yana ölkə zindanlarında daha onlarla məhbus edam edilib.

visiontv.az