İranın Brucerd şəhərində "qarışıq fəaliyyət", qadın və kişilərin bir yerdə şənlik mərasimi keçirməsi və məcburi hicab qaydalarının öozulduğu səbəbindən 11 iş yeri bağlanıb.
Bu haqda İran televizyası Brucerd şəhərinin polis rəisi Mehdi Məhdəviyə istinadən məlumat yayıb.
Məlumata görə, fəaliyyətinə qadağa qoyulan kafe və restoranlarda "islam qaydalarına zidd hərəkətlər" edilib.
Məhvədi, iş yerlərinin baölanmasını "ictimai nizam-intizamın yüksəldilməsi" layihəsi çərçivəsində həyata keçirildiyini bildirib.
visiontv.az