İranda “Bəsic” üzvü hicab bəhanəsi ilə tələbə qızı bıçaqladı - VİDEO
Videonu Aç
02.06.2023

İranda radikal “Bəsic” qruplaşmasının üzvü hicab bəhanəsi ilə tələbəni bıçaqlayıb.

Visiontv.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Qorxunc hadisə Kerman əyalətindəki “Bahünər” Universitetində baş verib.

Bildirilir ki, “Bəsic” üzvü qıza dörd bıçaq zərbəsi vurub.

Hazırda vəziyyəti ağır olan gənc qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edilir ki, həmin vaxt hicaba görə tələbə qızlara irad tutmaqla məşğul olan universitetin mühafizə xidməti hadisə zamanı rejimin hüquq-mühafizə orqanı əməkdaşına müdaxilə etməyib.

Ancaq digər tələbələrin sayəsində “Bəsic” üzvünün qıza daha çox bıçaq zərbəsi endirməsinin qarşısını almaq mümkün olub.