İranda 24 məhbus edam edilib
14.11.2025

İranın bir neçə şəhərinin həbsxanasında 24 məhbusun edam hökmü yerinə yetirlib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Qeyd edək ki, cari ildə 39-u qadın olmaqla 1400-ə yaxın məhbus edam edilib, onlardan 1330-nun kimliyini müəyyənləşdirmək mümkün olub.

visiontv.az