İran rejimi qadının bir saç telini belə təhlükə kimi görərək onu amansızcasına cəzalandırır
08.12.2024

Bu videoda, yalnızca "pis örtünmə" ittihamı ilə vəhşicəsinə həbs edilən bir gənc qızın taleyinə şahid oluruq. Lakin, bu qızın hansı əməlinin "pis örtünmə" olduğu bizlərə göstərilmir, çünki belə bir şey yoxdur. Sadəcə, qadınları təhdid kimi görən və onları alçaldaraq gücünü qorumağa çalışan bir rejim mövcuddur. Bir saç telindən qorxan bu sistem, əslində öz gücünün nə qədər zəif və qorxaq olduğunun göstəricisidir. Çünki bu rejim qadınların azadlıq və hüquq tələb etməsindən qorxur, onların varlığını öz hakimiyyətinə bir təhdid olaraq görür.

visiontv.az