İran qazı üstündə dava
16.05.2022

Səudiyyə Ərəbistanı energetika naziri Əbdüləziz bin Salman Küveytlə birlikdə İranla müştərək qaz istehsalını müzakirə edəcəklər.

Söhbət iranlıların Ərəş, ərəblərin isə əd-Durra adı verdikləri qaz yatağının işlənməsndən gedir.

1960-ci ildə tapılan bu yataq daha əvvəl İran və Küveytin iddia etdiyi yataq olub, amma sonra səudlər də yatağa iddia edib. Yataqda 220 milyard kubmetr qaz ehtiyatı olduğu güman edilir.

Amma bu ilk deyil, mayın əvvəlində Qətər əmiri də İrana getmişdi. Ehtimal olunur ki, o da Cənubi Pars yatağı ilə bağlı danışıqlar aparıb. Çünki korfəslzdə yerləşən, Qatar və !rana məxsus olan bu yataq dünyada ən böyüklərdən biri hesab olunur. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Cənubi Pars yatağında 14 trillion kubmetr qaz və 18 milyard barel qaz kondensatı var.

Bütün körfəz ölkələri Avropaya qaz satmaq üçün yarışa çıxıblar.

Siyasi şərhçi Kənan Rövşənoğlu