İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Kolombiyaya məxsus Alara neft tankerini ələ keçirib.
Bu haqda "Royters" məlumat yayıb.
Bildirilib ki, Alara tankerinə sahib olan Kolumbiya şirkəti də tankerlə əlaqəni itirdiyini təsdiqləyib.
Daha əvvəl Embry Dəniz Təhlükəsizlik Şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Xorfəkkan limanı yaxınlığında bir neft tankerinin qəfildən kursundan yayınaraq İranın ərazi sularına doğru getdiyini açıqlamışdı.
Embry Dəniz Təhlükəsizlik Şirkəti həmçinin tankerin BƏƏ-nin Əcman şəhərindən Sinqapura gedərkən və Hörmüz boğazından keçməzdən əvvəl üç kiçik qayıq tərəfindən hücuma məruz qaldığını bildirib.
visiontv.az