İqtisadiyyat və idarəetmədə davamlı inkişaf mövzusunda beynəlxalq konfrans
28.10.2021

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 24-25 dekabr 2021-ci il tarixlərində “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı II beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd iqtisadiyyat və idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları və düşüncələri  bölüşmək, həmçinin universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq, rast gəlinən problemlərə birgə həll yolu tapmaqdır.

Beynəlxalq konfrans İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə və mühasibat uçotu, Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq münasibətlər seksiyaları üzrə təşkil olunacaq.

Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.

Konfransda iştirak etmək istəyənlər məruzənin elektron versiyasını elektron poçtla sdeac@beu.edu.az ünvanına göndərməlidir. Tərtibat qaydalarına uyğun olmayan materiallar qəbul edilməyəcək. 13 dekabr 2021-ci il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.

Beynəlxalq tədbirə qoşulmaqla ali məktəb elmi işçiləri və müəllimləri, iqtisadiyyat və idarəetmə sahəsindəki mütəxəssislər, doktorantlar, aspirantlar və elmi işçiləri öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanacaqlar.

Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.

Konfransla bağlı daha ətraflı məlumatı https://beu.edu.az/az/announcement/iqtisadiyyat-ve-idareetmede-davamli-inkisaf-problemler-ve-perspektivler-adli-beynelxalq-konfrans-166 linkinə daxil olaraq əldə etmək mümkündür.