İnsanlığa qarşı vicdansız “mübarizə aparan” Fransanın Charlie Hebdo” drəgisi
İnsanlığa qarşı vicdansız “mübarizə aparan” Fransanın Charlie Hebdo” drəgisi
07.02.2023 MEDİA Tərəfindən

Qardaş Türkiyədə, sözün əsl mənasında, dram yaşanır. Dünyanın dörd bir tərəfindən insan dəstəyi və insani münasibət var: başsağlığı verilir, dualar oxunur, şəfa dilənir, yardım edilir. “Bir nəfəs – bir can” deyib insanları xilas etmək uğrunda “amansız” mücadilə verilir. Amma...

“Mübarizə”nin digər üzü də var. Var, bəli, insanları xilas edənlərdən fərqli olaraq insanlığa qarşı amansız, vicdansız və insafsızcasına “mübarizə aparanlar”... Bu mübarizə kiminlədir - müsəlman Türkiyə ilə, yoxsa bəşəriyyətlə və ya bəşəri dəyərlərlə?

Söhbət müsəlmanların inanclarına qarşı dəfələrlə təhqir xarakterli karikaturalar dərc edən Fransanın “Charlie Hebdo” jurnalının heç bir normaya, dəyərə və prinsipə sığmayan (və çərçivəyə) əxlaqsızlığından gedir. Bəli, patologiya həddinə çatmış türk-müsəlman düşmənçiliyi ilə “ad-san qazanan” jurnal qardaş Türkiyədə baş vermiş zəlzələni lağ obyektinə çevirir. Dağılmış binaların təsvir edildiyi karikaturada “Türkiyə zəlzələsi” ifadəsi yazılır və tvitterdə “Tank göndərməyə belə ehtiyac yoxdur” şərhi ilə paylaşılır.

Yerində sualdır: “Tank göndərməyə belə ehtiyac yoxdur”, yoxsa insanlıqdan əsər-əlamət?! Bəs görəsən, şeytandan artıq iblis olmağa çalışan “Charlie Hebdo”nun dərdi nədir? Nəhayət, az qala “Ay pipiyi qan xoruz...” şeirini oxuyanlara belə nota elan etmək “səviyyə”sinə (dözümsüzlüyün pik həddinə) çatmış (düşmüş) Fransanın siyasi elitası nə düşünür və ya niyə “maraqlanmır?”. Yoxsa düşünmür, yaxud maraqlı deyil?!

politoloq Nurlan Qələndərli

visiontv.az