Deyirlər, insanın texniki fəaliyyəti dayanmadan atmosferi, ətraf mühiti - suyu, havanı çirkləndirir. Zavodlar, maşınlar havaya, suya sonsuz miqdarda zəhərli qazlar buraxır, atmosferdə karbon qazının miqdarı sürətlə artır, ozon dəliyi genışlənir, planetdə temperatur yüksəlir, şimal buzlaqları əriyir, bir sözlə, bəşəriyyəti ekoloji fəlakət gözləyir.
Deyirəm, bunlar hamısı yalan olmasa da şişirtmədir, ekoloji sistem elə yaradılmışdır ki, özu-özunü tənzimləməyə, nizamlamağa qadirdir. Sadəcə olaraq, ətraf mühitdə tsiklik bir sistem fəaliyyət göstərir, hər +-100 ildən bir ümumi souqlaşma başa catır, ümumi istilik dövrü başlanır. Məsələn, hazırda bütün Yer kürəsində İstilik dövrü davam edir, hardasa 2050-ci ildən sonra soyuqlasma dövrünün başlanması gözlənilir...
İnsanın fəaliyyətinin, texniki proseslərin ətraf mühiti cirkləndirməsinə gəlincə, burda həqiqət olduğu kimi, hap-gop da yox deyil. Məqsəd həmin məqsəddir, bütün dunyanı panikaya salmaq, pul qazanmaqdır. Məsələn, klassik avtomobillərdən imtina etmək, bazara elektromobillər gətirməkdir. Alimlərin hesablamalarına görə, Vezuvi vulkanı hər dəfə püskürəndə ətraf mühitə - suya, havaya bütün bəşəriyyətin yüz illik texniki fəaliyyəti qədər zəhərli qazlar, zərərli tullantılar buraxır. Amma heç bir ekoloji fəlakət baş vermir, ətraf mühit ozü-ozu tənzimləyir, təmizləyir...
Qalib ARİF
visiontv.az