İnanıram ki, yeriyəcəyəm - Afaq Bəşirqızı
14.06.2021

Xalq artisti Afaq Bəşirqızı səhhətindən danışıb.

Visiontv.az xəbər verir ki, aktrisa yeriyəcəyi günü səbirsizliklə gözlədiyini deyib:

“Hazırda səhhətim yaxşıdır. Müalicəm də davam edir. Əvvəl yeni başlayanda xəstəxanaya gedib-gəlirdim. Amma daha sonra müalicəyə evdə davam etdim. İnanıram ki, yeriyəcəyəm. Beş ayı beş gün kimi gözləyirəm”.

Qeyd edək ki, Xalq artistinin dizlərində sümük yeyilməsi var. Bir müddət əvvəl o, dizindən əməliyyat olunub və aktrisaya kök-hüceyrə köçürülüb.

BAKU.WS