ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ABŞ-ın NATO-dan çıxması ideyasını dəstəklədiyini qeyd edib. D.Tramp İ. Maskin mövqeyini dəstəkləyəcəyi şübhəsizdi. Əgər, ABŞ NATO -dan çıxarsa, bu, alyansın zəifləməsinə və V. Putinin strateji planınına xidmət kimi dəyərləndirilə bilər.
Ümumiyyətlə, NATO beynəlxalq münasibətlər müstəvisində bir qurum kimi de-fakto fəaliyyətsizdir. Alyansın əsas əsgəri gücü ABŞ və Türkiyəyə məxsusdur. ABŞ-nin bu təşkilatdan çıxması, Alyans daxilində Böyük Britaniya və Türkiyə tandemini güclənməsinə gətirib çıxara bilər.
D. Tramp fəaliyyətinin yüz günündə xalqa hesabatlılığı onun prezident kimi uğurlu bir siyasi planın olmadığını ortaya çıxardacaq. Bir müddətdən sonra, D.Tramp verilən qərarların onun prezident kimi reytinqinə mənfi təsir edəcəyi mümkündür. D.Trampın davam etdirdiyi siyasəti onun partiyasının Konqres seçkilərində məğlub olmasına səbəb olacaq.
D.Trampın həm beynəlxalq müstəvidə, həm də daxildə mənfi imici formalaşıb. ABŞ prezidentinə dəstək verən Rusiya prezidenti V. Putin və İsrailin baş naziri B. Netanyahudur. Hər iki şəxsdə hərbi cinayətlər həyata keçirib. Və beynəlxalq məhkəmə tərəfindən həbs edilməsi üçün order verilib.
ABŞ administrasiyası beynəlxalq siyasi nizamı demontaj etməklə, öz daxili siyasətində ciddi strateji səhvlər edir. Tramp əvvəl tək beynəlxalq nizamı pozurdusa, hazırda daxildə də dövlətin milli təhlükəsizliyini təhdid edir. ABŞ MKİ, Dövlət Departamenti və Pentaqonda ixtisarlar daxildə D. Trampa qarşı etiraz dalğasını formalaşdıracaq.
Məhəmməd Əsədullazadə
visiontv.az