İlkin razılıq verilsə də, təyyarə boş geri qayıtdı-politoloq Anar Əliyev
09.04.2021

Aprelin 7-də Putin və Paşinyan arasında görüş oldu. Hesab edirəm ki, Paşinyan bu görüşə iki mühüm məsələ ilə bağlı getmişdir.

Birincisi növbədənkənar parlament seçkilərinə qarantiya əldə etmək istəyirdi və bu xahiş yerinə yetirilmiş oldu. İkincisi seçki öncəsi nüfüzunu artırmaq üçün Ermənistandan ona qarşı istifadə olunan narazılığı, həmçinin Putin vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevdən girovların geri qaytarılmasını xahiş etmişdi. Hesab edirəm ki, həmin danışıqlardan sonra iki mühüm hadisə baş verdi.  Lakin həmin iki mühüm hadisəni o qədər də diqqətə almırıq. 
Birincisi Paşinyanla Putin görüşündən sonra Putin Azərbaycan Prezidentinə zəng vurdu və ümumi görüş haqqında məlumat verdi. Kommunikasiyaların açılaması, Qafqazda sülhün bərqarar və daiminliyinin təmin olunması ilə bağlı, həmçinin deyilməyən bir neçə istiqamət də var idi. Bu telefon danışığında cəmiyyətə açıqlanmayan məsələrdən biri də Paşinyanın məhz ikinci xahişinin İlham Əliyevə çatıdırlması idi. Yəni əsirlərin müəyyən hissəsinin geri qaytarılması ilə bağlı idir. Hesab edirəm ki, cənab prezident İlham Əliyev həmin danışıqda  Azərbaycanın da öz şərtini irəli sürüb. Hansı ki, bu şərt 10 noyabr bəyanıtının tələblərindən irəli gəlir, lakin həmin tələb yerinə yetirilməmişdi. Həmin şərt bəyanatın 4-cü bəndinin ikinci hissəsinə öz əksini tapıb. Yəni sülhməramlı qüvvələrin Qarabağ ərazisinə daxilm olması ilə bağlı paralel şəkildə Ermənistan silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasıdır. Fikirimcə bu məsələdə də ilkin razılıq əldə olunubdur. Yəni ordunun çıxarılması ilə bağlı Ermənistan razılıq verib. Eyni zamanda Rusiyanın baş prokuroru ötən gün Yerevana və Bakıya səfər etdi. Bu proseslərin fonunda Paşinyan Moskvadan geri dönərkən çox mühüm bir görüş keçirdi.  Bu görüşü də biz diqqətdən yayındırdıq. Belə ki, bu görüş Araik Artunyanla keçirildi. Mənə elə ki, Paşinyan Putin vasitəsi ilə İlahm Əliyevə verdiyi sözü  Araikə çatdırdı. Görüşdə bildirdi ki, qısa müddət ərzində Qarabağda olan erməni silahlı qüvvələri bu ərazilərdən çıxarılacaq . 
Bəs nəyə görə təyyarə gəldi və boş geri qayıtdı? 
Məsələ ondadır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman verdiyi sözü tutan bir siyasətçi kimi Putin üzərindən verilmiş sözü Ermənistan tərəfinin əməl edəcəyini inandığı üçün əsirlərin müəyyən hissəini geri qaytarmaq üçün ilkin olaraq razılıq veribdir. Amma Rusiya baş prokurorunun Yerevanda görüşü və Araik Artunyanla keçirilən görüşdən sonra Paşinyanın müəyyən problem yaranıbdır. Fikrimcə sepratçılar, Paşinyana tabe olmaq istəməyən qüvvələr baş nazirin götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyini bildiriblər. Bununla da razılaşma pozulub.Ona görə də terrorristlərin geri qaytarılması ilə bağlı razılaşma əldə olunmayıb və təyyarə geri boş qayıdıb.
 Bundan sonra nə ola bilər? Hesab edirəm ki, bundan sonra Ermənistandan vəziyyət yenidən kəskinləşəcək. Xüsusi ilə itkin düşmüş, Qarabağda xidmət keçən, həmçinin Azərbaycanda terrorçu kimi saxlanılan əsgərlərin validenləri üzərindən siyasət aparmağı hədəfləyən Qarabağ klanı, Köçəryan və Sarkisyanın birləşməsi  porsesləri daha da aktivləşdirəcək. 
Amma fikirimcə Paşinyan növbəti dəfə Azərbaycan ilə razılaşmağa yenə cəhd edəcək. Bu xüsusi ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli addımların atılması ilə bağlı özünü göstərə bilər. İkincisi silahlı qüvvələrin çıxarılması ilə bağlı yaxın günlərdə Paşinyanın dilindən müəyyən bəyanatları eşidə biləcəyik. Bununla bağlı anonslar veriləcəkdir. Seçkilərə qədər silahlı qüvvələr Qarabağ ərazisindən çıxarılacaqdır.
visiontv.az