İbrahim Tatlısəs ilə oğlu “BİR-BİRİNƏ GİRDİ”
İbrahim Tatlısəs ilə oğlu “BİR-BİRİNƏ GİRDİ”
21.06.2022 MEDİA Tərəfindən

Məşhur türk müğənnisi İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasında gərginlik yaşanıb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "mən vurulanda seyfimi boşaltdı" deyən atasına əsəbləşən Əhməd Tatlısəs, “əqli sağlamlığıyla bağlı şübhələrim artdı” deyə sərt reaksiya verib. 

Belə ki, “Atalar Günü” ilə bağlı paylaşım edən keçmiş həyat yoldaşı Ədalət Sara və oğlu İbrahim Tatlısəsin qəzəbinə səbəb olub.

“Beyaz TV”də yayımlanan "Bəyaz Maqazin" proqramında canlı yayıma qoşulan Tatlısəs, oğluna "Mən güllələnəndə Əhməd şirkətin seyfini boşaltdı. Mənə cadu etdilər" deyib.

İbrahim Tatlısəsin iddialarından sonra Əhməd Tatlısəs paylaşımı ilə susqunluğunu pozub. 

Sosial media hesabında “İctimaiyyətin Diqqətinə!” başlıqlı paylaşım edən Tatlısəs, “Hər nə qədər ailə problemlərindən danışmaq istəməsəm də, bu mövzularda açıqlama verməkdən uzaq dursam da, İbrahim Tatlısəsin verdiyi açıqlamalar mənə, anama və ailəmə qarşı dəhşətli, ağlasığmaz və həqiqəti əks etdirməyən böhtanlardır. Buna görə açıqlama verməyə məcbur oldum” deyə bildirib. 

İbrahim Tatlıses'in ağır sözlerine oğlu Ahmet Tatlıses'ten yanıt: Akıl sağlığıyla ilgili olan şüphelerim arttı

İlahə Əliyeva