Hulusi Akar kosovali həmkarı ilə görüşüb
17.09.2021

Türkiyə Müdafiə naziri Hulusi Akar, Kosova Müdafiə naziri Armend Mehaj ilə görüşüb.

Visiontv.az xəbər verir ki, Türkiyədə rəsmi səfərdə olan Mehajın şərəfinə Müdafiə Nazirliyində rəsmi qaravul dəstəsi düzülüb. 

Görüş zamanı ikitərəfli və bölgədəki müdafiə və təhlükəsizlik məsələlərində fikir mübadiləsi aparılıb. Akar, iki ölkə arasındaki dostluq münasibətlərindən məmnuniyyət duyduğunu ifədə edib. 

Görüşdə eyni zamanda, hərbi təhsil və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. 

Resim

Resim

İlahə Əliyeva