Hulusi Akar İraq sərhədində
21.01.2022

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələri heyyətiylə İraq sərhədinə gəlib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Akar, Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qüvvələri komandanı ordu generalı Musa Avsevər, Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hava Qüvvələri komandanı general Həsəna Küçükakyüz ilə Şırnak vilayətinə səfər edib. 

Hava limanında Vəli Əli Həmzə Pəhləvan və digər səlahiyyətli şəxslər tərəfindən qarşılanan Akar, İraq sərhədindəki ordu hissələrinə baxış keçirib. 
23-cü Piyada Diviziya Komandanlığına da baş çəkən Akar, sərhəd xəttində və ondan kənarda birliklərin komandirləri ilə görüşlər keçirib.

İlahə Əliyeva