Heydər Əliyev Sarayında yeni premyera olub
05.01.2022

Yanvar ayının 2-3 və 4-də Heydər Əliyev Sarayında “Yeni ilin Arzu Medalyonu” musiqili-nağılın premyerası olub.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, uşaqlara nağıl qəhrəmanları Nadir, Baba, Jemi, Zülümxan, Kosmik it və digərlərinin iştirakı ilə böyük Şam ağacının ətrafında musiqili, əyləncəli musiqili-nağıl təqdim olunub.

Bundan əlavə, Yeni ilin sevilən personajı Şaxta baba uşaqlarla görüşüb və onları mahnı, rəqs, oyun və yeni il zarafatları ilə sevindirib.

Musiqili-nağılın ssenari müəllifi Sarayın direktoru, Əməkdar artist Ramil Qasımovdur.

Qeyd edək ki, Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına və uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırıb.