Həssas bağırsaq sindromu nədir?
19.01.2022

Həssas bağırsaq sindromu normal işini yerinə yetirə bilməyən sıxıntılı bir xəstəlikdir. Bu xəstəlik insanlarda aşağıdakı əlamətlərin baş verməsinə səbəb olur.

- qəbizlik
 - ishal

- sancılar

- qarın bölgəsində şikinlik

- mədə ağrıları

Xəstəliyin hansı səbəblə əmələ gəldiyi tibbə məlum deyil. Çünki,əlamətlər hər xəstədə müxtəlif cür olur.

Həssas bağırsaq sindromu qəbul edilən qidaların bağırsaq sistemində əmələ gətirdiyi patologiyalara özünü biruzə verir. Bu zaman xəstələrdə stress, narahatçılq, nigarançılıq və beyində maddələr mübadiləsinə təsir edən mərkəzlərin fəaliyyətinin zəifləməsi qeyd edilir.

Xəstəliyə yaxalananlar adətən bağırsaqlarda əmələ gələn qazları hərəkətliliyindən və sancılardan şikayət edirlər. Belə xəstələr qidalarını dəyişdikləri zaman, bəzən isə meyvə və ya süd qəbul elədikdə belə onlarda narahatçılıqlar meydana gəlir.

Həssas bağırsaq sindromu müasir günümüzdə ən çox rast gəlinən bağırsaq xəstəliklərindən biridir. Xəstəliyin cinsiyyətlə bir əlaqəsi yoxdur, amma qadınlarda kişilərə isbətən 2 dəfə artıq rast gəlinir. Bağırsaq sidromu zamanı xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur:

- qarında qazların həddindən artıq çox olması

- qarında köp hissinin olması

- qarının aşağı hissəsində burğuya bənzər sancıların olması

- defeksiyanın pozulması

- nəcisin quruluşunun dəyişkənliyi

- defekasiyada baş verən dəyişkənliklər

- çoxlu miqdarda qazın xaric olunması

Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.

Həssas bağırsaq sidromunun müalicəsi zamanı dərmanların qəbulu ilə yanaşı idman və pəhrizə nəzarət yetirilir. Xəstənin qidasından qaz əmələ gətirən qidalar çıxarılır. 

milli.az