Hesablama Palatası bu il 45 yeni yoxlama aparacaq
17.01.2023

Azərbaycan Hesablama Palatası tərəfindən 2023-cü ilin iş planına uyğun olaraq cari ilin fevral ayının 1-dən nəzarət tədbirləri aparılmasına başlanacaq.

Visiontv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri deyib ki, nəzarət tədbirlərinin iş planına salınması 5 əsas prinsip üzərində qurulub: "Birincisi, büdcənin icrasına nəzarət tədbirləridir. Bilirsiniz ki, may ayında büdcənin icrası məsələsi gündəmdə olacaq. İkincisi, dövlət satınalmalarına nəzarət tədbirləridir. Üçüncüsü, təqribən 5 nəzarət tədbiri səmərəlilik üzərində qurulacaq. Dördüncü əsas prinsip, büdcənin icrasını maliyyə nəzarət prinsipləri üzərində qurulacaq. Beşincisi isə, nəzarət tədbirlərinin nəzarət audit obyekləri üzrə olacaq".

İş planına il ərzində əlavə dəyişikliklər edilə bilər. Dəyişikliklər əsasən Milli Məclisə, hüquq-mühafizə orqanlarına müraciətlər əsasında, həmçinin Palatada dövlət auditorları tərəfindən aparılan işlər nəticəsində edilə bilər.

V. Gülməmmədov qeyd edib ki, bu il ərzində təqribən 45 yeni nəzarət tədbirləri nəzərdə tutulur.

APA