"Hərbi And" qəzeti çətin bir şəraitdə yarandı
"Hərbi And" qəzeti çətin bir şəraitdə yarandı
17.11.2022 MEDİA Tərəfindən

Azərbaycanda hərbi yönümlü media subyekti barmaqla sayılacaq qədərdir. Onlardan biri də "Hərbi And" qəzeti və saytıdır. Bu günlərdə 20 yaşı olan "Hərbi And" qəzetinin və saytının rəhbəri Emin Həsənli ilə söhbət etdik.

- Hərbi sferada media nümayəndəsi, media rəhbəri kimi fəailiyyət göstərməyin müasbət və mənfi tərəfləri hansılardır?

-Hər bir müstəqil dövlət üçün ən əsas atributlardan biri onun silahlı qüvvələridir. Bir dövlət ki, güclü olmaq istəyir, onun güclü iqtisadiyyatı olmalıdır. Bundan başqa savadlı vətəndaşları çox olmalı və eyni zamanda onun təhlükəsizliyininin keşiyində dayanan güclü silahlı qüvvələri olmalıdır. Silahlı qüvvələrdə peşəkar hərbiçilər və günün tələbinə uyğun müasir silahlar olmalıdır. Şükürlər olsun ki, bütün bunlar Azərbaycanda var. Ordunun informasiya siyasəti də həddindən artıq önəmlidir. Burada həm görülən işləri təbliğ etmək baxımından həm də eyni zamanda düşmən tərəfin də dezinformasiya yaymağının qarşısını alıb cəmiyyəti düzgün informasiya ilə təmin etmək çox vacibdir. Bu da əsasən mətbuatın üzərinə düşən məsələdir. Bu məqamda qızıl orta çox vacibdir.

- 44 günlük vətən müharibəsi sübut etdi ki, bizdə hərbi jurnlistika kifayət qədər inkişaf etməyib və peşəkar qıtlığı var. Bu məslədə saytınızın fəailiyyətini necə tənzimləyirsiniz?

- Jurnalist ilk növbədə söz azadlığını qorumalıdır. Eyni zamanda ölkənin hərbi və dövlət sirrini saxlamalıdır. Hərbi sahə də məhz dövlətin milli maraqları ilə bağlı olan bir sahədir. “Hərbi and” qəzeti təsis olunanda ölkəmizdə müstəqil hərbi qəzet yox idi.  Bizim ilk məqsədimiz ordu ilə cəmiyyət arasında əlaqələrin qurulması, qəhrəmanlıq tariximizin təbliğindən ibarət idi.Torpaqlarımız işğal altında idi. Ümidsizlik var idi. Ordu ilə cəmiyyət, media və ictimai təşkilatlar arasında bir uçurum var idi. Sanki ordu qapalı bir rejimdir. Orduya ünsiyyət ola bilməz. Ordudan bəzən mənfi xəbərlər eşidirdik. Hərbi sahədə peşəkar jurnalistlər də o zaman çox az idi. Mən şəhid jurnalist həmkarlarımızı xatırladım. Çingiz Mustafayev, Alı Mustafayev, Salatın Əsgərova və yaxın keçmişdə daha iki jurnalist - şəhidlərimizi də unutmuruq. 

- Hərbi sahə həm də qapalı və məxfiliyi qorununa bir sahədir. Rəsmi qurumlarla bu məsələdə münasibətlər necə qurulub. O cümlədən əməkdaşlığınız informasiya əldə etmək üçün kifayət edirmi?

- Bizim qəzetimiz çətin bir şəraitdə yarandı. Həm Müdafiə nazirliyi həm DSX və DQ  ilə və sonradan FHN, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti və həm də Milli Qvardiya da daxil olmaqla digər hərbi birləşmələrin komandanlıqları ilə əməkdaşlıq etməyə başladıq.  Daha sonra ölkənin aparıcı media rəhbərləri ilə görüşlərimiz oldu. Daha sonra yazıçı və şairlərin hərbi hissələrə səfərləri təşkil olundu. Bu istiqamətdə vəziyyət xeyli stabilləşdi. Şükürlər olsun ki, bizim qəzetində bu sahədə az da olsa əməyimiz var. Bundan başqa biz mütəmadi olaraq şəhid və qazi ailələri ilə və onların qayğıları ilə maraqlanırıq. Onlarla bağlı tədbirlərdə iştirak edirik. Bu gün bizimlə yetişən kadrlarımız var ki, müxtəlif mətbu orqanlarda və qurumlarda fəaliyyətini davam etdirir. Bu sahə elə bir sahədir ki, burada daim iş və dinamika olmalıdır. Bundan başqa biz BDU – nun jurnalistika fakultəsi ilə də əməkdaşlıq edirik.

- Xarici əlaqələriniz varmı? Hərbi sahədə jurnalist kadrıların yetişdirilməsi, təcürbə keçməsi üçün münasibətlər qurulurmu?

- Beynəxalq əməkdaşlıq məsələsində isə qardaş Türkiyənin 4 hərbi təşkilatı ilə əməkdaşlıq edirik. Bu yaxınlarda 48 nəfər heyyətlə Türkiyədən bizim də dəvətimizlə qonaqlarımız oldu. Yüksək səviyyədə tədbir həyata keçirdik.  Hər il bizim qazilər Türkiyədə səfərlərdə olurlar. Bir sözlə qarşılıqlı təcrübə mübadiləsi çox önəmlidir.  Daha sonra ƏƏSMN – yi ilə də əməkdaşlıq edirik. Mən orada ictimai şuranın üzvüyəm. Davamlı olaraq görüşlər keçirilir və müzakirələr aparılır. Biz də o proseslərdə fəal iştirak edirik. Təbii ki, çatışmazlıqlar var. Amma proseslər inkişafa doğru gedir.  2014 – cü ildə Prezident İlham Əliyev dövlət sirləri və cəbhə bölgələri ilə bağlı bir fərman imzaladı. Bununla bağlı Müdafiə nazirliyi, Baş prokurorluq və Mətbuat Şurası ardıcıl işlər gördü. Və biz də bu proseslərin içərisində olduq. Daha sonra 2016 – 2018 – ci illərdə bu mənada vəziyyət daha da yaxşılaşdı. 2020 – ci ildə isə hamılıqla vahid mövqedən çıxış etdik. Lakin biz gələcəkdə də daha ekstermal situasiyalara hazırlıqlı olmalıyıq. Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Hesab edirəm ki, biz yaxın gələcəkdə bu sahədəki problemlərimizi də aradan qaldıracağıq. Ölkəmiz elə regiondadır ki, ölkəmizin hər zaman güclü ordusu olmalıdır. Vətəndaşlar ölkəyə bağlı və vətənpərvər olmaldır. Eyni zamanda mətbuat və ordu əlaqələri də düzgün tənzimlənməlidir. Bizim ordumuz qalib ordudur. Bu xalq qalib xalqdır. Təbii ki, tənqidə də yer ayırmalıyıq. Çatışmazlıqlar aradan qaldırılmalıdır. İkili standartların olduğu dünyada yaşayırıq. Buna görə də ölkəmizin təhlükəsizliyini təmin etmək üçün güclü orduya və güclü dövlətə sahib olmalıyıq.”

Bünyamin Bünyadzadə
Visiontv.az