“Hər zaman azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”
“Hər zaman azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”
21.09.2022 MEDİA Tərəfindən

“Hər zaman azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleya Salonunda keçirilən 77-ci BMT Baş Assambleyasının iclaslarında iştirakçılara müraciətində bildirib. 

Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün tarixi imkan pəncərəsinin açdığını söyləyən Ərdoğan, Türkiyə olaraq Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləyərək bu fürsətdən istifadə edilməsi üçün çox mühüm addımlar atdıqlarını qeyd edib:

“Son vaxtlar baş verən münaqişələr bu gözəl iqlimə kölgə salsa da, biz inanırıq ki, iki ölkə arasında ən qısa zamanda hərtərəfli sülh sazişinin imzalanmasının mümkün olduğuna inanırıq. Bundan sonra da azərbaycanlı qardaşlarımızın öz haqlarını müdafiə etmək və gələcəklərini inşa etmək uğrunda apardıqları mübarizədə yanlarında olmağa davam edəcəyik. Ölkəmizlə də yaxından əlaqəli olan bölgədə nəqliyyat əlaqələrinin ən qısa qurulması, hər kəsin rifahına töhfə verəcək.”

İlahə Əliyeva