Hər il İranda 50 min nəfər hava çirkliliyi səbəbindən həyatını itirir
13.12.2024

Bu barədə İranın səhiyyə naziri Məhəmmədrza Zəfərqəndi məlumat verib.

"Havanın çirklənməsinin maddi ziyanı ən azı 12 milyard dollardır, bəzi hesablamalara görə, bu hətta 20 milyard dollara çatır”,- nazir bildirib.

Bundan əvvəl İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının Ətraf Mühit Komitəsinin sədri Süməyyə Rəfiyi isə eyni səbəbdən ölənlərin sayının 30 min olduğunu demişdi.

O, on minlərlə insanın ölməsinə səbəb olan hava çirkliliyinin artmasına baxmayaraq, ölkə məsullarının bununla bağlı tədbir görməmələrini tənqid edib.

"Ölüm sayının artması ölkədə təmiz hava qanununun natamam icra olunduğunu göstərir",- Rəfiyihakimiyyəti məsələ ilə bağlı qanunu icra etməməkdə ittiham edib.

visiontv.az