Təhlükəsizlik qaydalarına əməl olunmaması və işçilərin lazimi avadanlıqlarla təmin olunmaması səbəbindən son 4 ay ərzində Həmədan əyalətində iş qəzaları nəticəsində 13 nəfər həyatını itirib.
Bu haqda "İlna" məlumat yayıb.
Məlumata görə, həmin müddət ərzində eyni səbəbdən 161 işçi də yaralanıb.
Ölənlərin çoxu hündürlükdən yıxılaraq həyatını itirən tikinti işçiləridir.
Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına və işçilərin ölüm sayına görə, dünya ölkələri arasında ən aşağı pillələrdən birində, 102-ci yerdədir.
visiontv.az