"Həddini aşmış qısqanclıq sevgini öldürür"
16.03.2023

Aktrisa Ülviyyə Xəlilbəyli instaqramda sual-cavab edib.

Visiontv.az Olay.az - a istinadən xəbər verir ki, izləyicilərinin suallarını cavablandıran sənətçi maraqlı açıqlamalar verib.

"Heç həyat yoldaşınızla dalaşanda "Bilirsən, atamın evinə gedirəm" demisiz" sualına "Olmayıb" deyib.

"Sizə qarşı həddindın artıq qısqanclıq olub, ya da sizin həyat yoldaşınıza" sualını isə "Həddini aşmış qısqanclıq sevgini öldürür. Bəzən də nifrətə çevirir", - deyə, cavablandırıb.

Bundan əlavə Ülviyyə "Heç fikrinizdən keçib ki, oğlunuza Fuad yox, başqa ad qoyasınız" sualına gəlincə bunları yazıb:

"Olub: Arslan, Uğur, Çinar... Bu adlardan birini düşünmüşdüm. Düşünə-düşünə qaldım".

Qeyd edək ki, Ülviyyənin həyat yoldaşı Murad İsmayıl oğluna müəllimi, mərhum Xalq artisti Fuad Poladovun adını verib.