Həbs olunmuş Azərbaycanlı fəallar Tehran prokuroruna məktub yazıblar
15.11.2025

Həbs olunmuş Azərbaycanlı fəallar Tehran prokuroruna məktub yazaraq xəsarətlərin qeydiyyatı üçün dərhal məhkəmə tibb ekspertizasına keçirilməsini tələb edirlər.

Evin Həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani, Əli Xeyrcu, Yusif Kari və Behzad Dəşti, 13 noyabr 2025-ci il, cümə axşamı günü Tehranın İctimai və İnqilab Prokuroru və Evin Həbsxanasının rəisi Əli Salehiyə ayrıca məktublar yazaraq xəsarətlərin qeydiyyatı üçün dərhal məhkəmə tibb ekspertizasına keçirilməsini tələb ediblər.

Fəallar elektroşoker və dəyənəklərin həddindən artıq istifadəsi səbəbindən bədənlərinin müxtəlif yerlərinin göyərdiyini bildiriblər.

Qeyd edək ki, adı çəkilən fəallar 11 noyabr tarixində Evin həbsxaması qarşısında Tahir Nəqəvi və Vədud Əsədi dəstək məqsədilə oturaq eyləm keçirən zaman həbs ediliblər.

visiontv.az