Hamı "elə olma ha" deyib oğrunu, fahişəni məclisdə yuxarı başa çəksin...
27.10.2021

Sən normal adam kimi yaşamağa çalış, hər tərəfdə oğrunu, fahişəni, rüşvətxoru pisləsinlər, hamı "elə olma ha" deyə bağırsın, amma yazıçılarından tutmuş şairinə, rejissoruna qədər hamısı obraz axtaranda onları seçsin, təbliğ eləsin, filmlər, kitablar onlara həsr edilsin, məclisdə başa onlar çəkilsin və o qədər istedadın da azad həyatdan başqa fantaziyaları heç yerdə parlamasın. Göstərə-göstərə yenə desinlər ki, "belə olma ha", amma özləri yenə onlardan ilham alsınlar.

Əslində, qanundan kənar yaşamaq istəməyən canlı yoxdur. İnsan demirəm ha, canlı deyirəm. O cür yaşayanlara gizli həsədimiz var, uğuru da çox vaxt onlar qazanır elə.

İradə İsaq

Visiontv.az