Gürcüstanın müsəlman din xadimləri Gəncədə səfərdədir
Gürcüstanın müsəlman din xadimləri Gəncədə səfərdədir
23.05.2022 MEDİA Tərəfindən

Gürcüstanın müsəlman din xadimləri Gəncədə səfərdədir.

Visiontv.az  xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycana səfərə gələn Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndələri Gəncədə erməni cinayətinin izləri ilə tanış olublar. Din xadimləri Gəncədə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusunun raket atığı ərazilərə baş çəkiblər.

Nümayəndə heyətinə Gürcüstanda yaşayan müsəlman dini icmalarının 40-a yaxın üzvü daxildir.

Qeyd edək ki, Gürcüstan Müsəlmanları idarəsinin təmsilçiləri Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Onlar Ağdam, Füzuli və Şuşada olublar.

Binnət İsmayılov