Geniş miqyaslı hərbi əməliyyatlarla silahlı erməni birləşmələri məhv edilməlidir
Geniş miqyaslı hərbi əməliyyatlarla silahlı erməni birləşmələri məhv edilməlidir
13.08.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən erməni silahlı birləşmələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması göstərir ki, sülh və təhlükəsizliyin təmin olunması üçün mütləq şəkildə bu birləşmələr ləğv edilməlidir. Əgər, mütəmadi hallar davam edəcəksə, geniş miqyaslı hərbi əməliyyatlarla silahlı erməni birləşmələri məhv edilə bilər.

Qarabağda proseslər yekunlaşacaq. Azərbaycan üçün əsas prinsipial məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Prezident İlham Əliyevin tarixi Zəngəzurunda daxil olduğu xəritəni paylaşması son aylarda İranın Azərbaycana qarşı bu aspektdən tədbirlərinə ciddi mesajdır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq və bu istiqamətdə Bakını heç bir qüvvə geri addım atmağa məcbur edə bilməz.

Qeyd edim ki, Türkiyə müdafiə nazirinin rəhbərliyi ilə geniş tərkibli hərbi generalitet Azərbaycana səfər edəcək. Zəngəzur dəhlizinin açılması və bu kontekstdə məsələlər iki qardaş dövlət üçün əsas strateji ortaqdır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az