Gənclər və İdman Nazirliyi işə qəbul elan edib
12.01.2022

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi işə qəbul elan edib.

Visiontv.az xəbər verir ki,  Gənclər və İdman Nazirliyi aşağıda adları qeyd edilən“Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edib:

 1. Binəqədi “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru

 2. Goranboy “Gənclər evi” sosial -xidmət müəssisəsi

 3. Füzuli “Gənclər evi” sosial-xidmət müəssisəsi

 4. Astara “Gənclər evi” sosial-xidmət müəssisəsi

 5. Siyəzən “Gənclər evi” sosial -xidmət müəssisəsi

 6. Tərtər “Gənclər evi” sosial- xidmət müəssisəsi

“Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- ali təhsil;

- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;

- yaş həddi 35-dək;

- minimum 1 xarici dil bilmək.

Təqdim ediləcək sənədlər:

- CV foto ilə (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır)

- Şəxsiyyət vəsiqəsinin surəti;

- ali təhsil haqqında diplomun surəti;

Sənədlər 12 yanvar 2022-ci il tarixindən elektron formada Gənclər və İdman Nazirliyinin elan@mys.gov.az ünvanına göndərilməlidir.

Hər bir müraciət edən şəxsə onun müraciətinin qeydə alınmasına dair elektron poçt ünvanına bildiriş göndərilir. 

Müraciət üçün son tarix: 25 yanvar 2022-ci il

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4