Gəncədə 87 yaşlı kişinin meyiti tapılıb
22.01.2022

Gəncə şəhərində ahıl kişi evində ölü halda tapılıb.

Hadisə Azərbaycan əsgəri küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü M.Rəsulovun meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.

Onun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report