Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi təltif edilib
16.08.2022

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov gənclərin intelektual inkişafına göstərdiyi daimi diqqətə və dəstəyə görə Xəzər İntelektual Gənclər Klubu İctimai Birliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşdur.

Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov qeyd olunan Birliyinin rəhbərliyi adından rəis Həmid Nəsirovu təbrik etmiş və işlərində müvəffəqqiyyətlər arzulamışdır. Baş İdarənin rəisi H.Nəsirov göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Gəncənin intellektli fəal  gəncləri Xəzər İntelektual Gənclər Klubu İctimai Birliyi tərəfindən təşkil olunan tədbirlərdə müntəzəm şəkildə  iştirak edərək, Nizami Yurduna hər zaman Kubokla dönürlər.

Binnət ismayılov
Visiontv.az