Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində görüş olub
03.07.2022

Murov Boks İdman Klubunun üzvləri  Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə görüşə gəliblər.

Görüş zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov yeni yaranmış klubun üzvlərini təbrik etmiş, şəhərimizdə idmanın hərtərəfli inkişaf etməsi üçün belə klubların yaranmasının çox böyük əhəmiyyətə sahib olduğunu qeyd etmişdir. 

Murov Boks İdman Klubunun icraçı-direktoru Xəyal Hacızadə göstərilən diqqət və qayğıya görə Baş İdarənin rəisinə öz minnətdarlığını bildirmiş və bu klubun məqsədinin şəhərimizdə sağlam cəmiyyətə və gəncliyə töhfə vermək olduğunu qeyd etmişlər.

Qeyd edək ki, klubun prezidenti Hacızadə Faxrəddin Xəyal oğlu 2-ci Qarabağ müharibəsi iştirakçısıdır.

Binnət İsmayılov
Visiontv.az