FİA prezidenti Heydər Əliyev Mərkəzini ziyarət edib - FOTOLAR
FİA prezidenti Heydər Əliyev Mərkəzini ziyarət edib - FOTOLAR
12.06.2022 MEDİA Tərəfindən

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Heydər Əliyev Mərkəzini ziyarət edib.

Heydər Əliyev Muzeyində olan qonaq əvvəlcə ümummilli lider Heydər Əliyevin xidməti istifadəsində olmuş avtomobillərə baxıb. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olub.
“Azərbaycan inciləri: tarixin axarında”, "Musiqi alətləri: birlik və müxtəliflik", “Kukla incəsənətdə” sərgilərində olan FIA prezidenti Mərkəzdə nümayiş etdiriliən klassik avtomobillərə də baxıb.

FIA prezidenti Mohammad ben Sulayem və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov məktəblilər arasında “Gələcəyin ekoloji avtomobili” virtual rəsm müsabiqəsinin qaliblərini diplomlarla təltif ediblər. Müsabiqə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası tərəfindən təşkil olunmuşdu.

Visiontv.az