Farslar Ermənistanla yox, məhz Daşnaksütyun partiyası ilə əməkdaşlıq edirlər
Farslar Ermənistanla yox, məhz Daşnaksütyun partiyası ilə əməkdaşlıq edirlər
16.08.2022 MEDİA Tərəfindən

"Ləşkəri Aşura"ya açıq məktub

Ermənistanın Sünik, yəni Zəngəzur mahalı Paşinyanın yox...Daşnaksütyun partiyasının nəzarətindədir.

Bir də, belə çıxır ki, həəə, farsların.

Daha doğrusu “İnqilab keçikçiləri” korpusunun, yəni Sepahın.

Farslar kəşfiyyat, qara kassa, nağd pulların gizli transferi, casus marşrutları, silah qaçaqçlığı, narkotik nəqli məsələsində Ermənistanla yox...məhz Daşnaksütyun partiyası ilə çoxdan...çoxdan əməkdaşlıq edirlər.

Amerikadakı erməni diasporunda da eyni xətt işləyir.

Orda da yerli daşnaklar bir növ Sepahın ofisidirlər.

Kəşfiyyat, silah alveri, narkotik satışı, pul transferləri və nəqli...qısası, bu sahədə də şıdırğı iş gedir.

2018-də Con Bolton Yerevana gəldi. Yerli banklardakı Sepah hesablarını bağlamaq təklifini verdi Paşinyana.

Xırda hesablar qapansa da, Daşnaksütyunun qara kassası qapadılmadı.

Aşağıdakı videodan göründüyü kimi Sepah indi də PUA mövzusunda daşnaklarla əlaqə telləri qurub.

Sepaha, xüsusən sıralarında Azərbaycan türklərinin sayca çox olduğu “Aşura” diviziyasına məsləhətim var. Qulağınıza sırğa edin:

“1940-ci ildə Frans Mayer adlı çox təcrübəli, necə deyərlər “qulağı tüklü” bir alman kəşfiyyatçısı İrana gəlir. Moskvada ancaq indi-indi çap edilmiş gündəliklərinə baxsaz, həəə...ağlınız gələr başınıza, bir də qələt edib daşnaklarla əməkdaşlıq etməzsiniz ( BAX :http://militera.lib.ru/db/maier_f/index.html).

Qayıdaq 1940-cı illərə. Frans Mayer, o vaxtkı qorxulu Tehranda iki fərqli ünvandan-yəni Azərbaycan musavatçılarından, erməni daşnaklarından xəbər toplamalıydı.

Gündəliklərdən görünür ki, daşnaklar-Movses Kasparyan, Varos Babayan elə ilk gündən ikili oyuna girirlər. Frans Mayerdən bildiklərini həm Moskvaya ötürürlər, həm də Londona.

Tehrandakı Erməni məzarlığı dönür Frans Mayerin gizli ofisinə.

Mayerin musavatçılarla yox, daşnaklarla əməkdaşlığı tezliklə öz acı nəticəsini verir

Stalinqraddan sonra ermənilər bir müddət Mayerə ağız büzür, nəmnüm edir, sonra 1943-cü ildə onu ingilislərlə ruslara satırlar. Gündəliyi düşür rusların, özü isə, ingilislərin iti caynağına.

Yəni “Tehran-43” filminə, əfsanələrinə inanmayın. Əsl həqiqət, bax budu.

Daşnaksütyun o vaxt Frans Mayerlə ikili oyun qurduğu kimi, sizinlə də oxşar sınanılmış xəttlə əlaqə qurub.

Oyun, yenə də ikilidi.

Sizi də Fraans Mayerin acı taleyi gözləyir.

Yenə də Tehrandakı erməni məzarlığı növbəti casus yuvasıdır.

Gündəliyiniz, PUA-larınız düşəcək rusların, britaniyaların ixtiyarına.

Məşhər gününüzün digər poetik mənzərələrini indi özünüz təssəvvür edin.

Həmid Herisçi

visiontv.az