Əsas məsələ Suriyanın dağılması deyil, qayıdıb özünü bərpa etməsi üçün heç bir narrativinin olmamasıdır
10.12.2024

Birinci Dünya müharibəsindən sonra islam çoğrafiyasında milli kimlik üzərində inşa edilən yeganə dövlət Türkiyə oldu.

İran da istədi Sasani-fars kimliyinə qayıtsın, orientalistlər islamçılara qol-qanad verib şahı devirdilər.

İndi əsas məsələ Suriyanın dağılması deyil, qayıdıb özünü bərpa etməsi üçün heç bir narrativinin olmamasıdır.

Çünki binədən dini kimlik üzərində qurulmuşdu, dini kimlik üzərindən də parçalandı.

Bir vaxtlar ərəb tayfalarını eyni dini kimlik altında birləşdirən islam, bu gün islam dövlətlərini fərqli milli kimliklərin əliylə parçalamaq üçün ən münbit zəmindir.

Aqşin Yenisey

visiontv.az