Ermənilərin Şuşa Xalça Muzeyindən oğurladığı ən qədim xalçanın 350 yaşı var
02.12.2021

2021-ci il fevralın 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açılıb.

Bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"da yer alıb.

Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı bəyanatda qeyd olunur ki, ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin onlardan 71-i sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var.

APA