Ermənilərin azərbaycanlıların qəbirlərindən sökdüyü mərmər daşlar Azıx kəndində ermənilər yaşayan evdə aşkarlanıb
07.06.2023

APA-nın əməkdaşları Xocavənddə azərbaycanlılara aid qəbiristanlıqlardan sökülən qəbir daşlarını ermənilərin yaşadığı evdə aşkarlayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Xocavənd rayonunun Azıx kəndində çəkiliş aparan zaman 20 azərbaycanlıya məxsus məzar daşı tapılıb. Mərmər daşlar erməni ailənin yaşadığı evin qarajında aşkarlanıb. Məzar daşlarının üzərində ad-soyad, doğum və ölüm tarixləri qeyd olunub:

Əliyeva Qönçə Həmzə qızı (1914-1990)

Qarayev Əli Zülfüqar oğlu (1933-1992)

Hüseynova Telli Şirin qızı (1903 -1991)

Məmmədov Sərxan Gülmalı oğlu (1886-1975)

Hacıyeva Bəyim Ələkbər qızı (1912-1989)

Məmmədova Şamama Namaz qızı (1894-1978)

Səfiyev Fərhad Mürsəl oğlu (1917-1993)

Atakişiyeva Bəyaz Şirin qızı (1906-1979)

Quliyev Əyyub Hüseynalı oğlu (1924-1991)

Həsənov Soltan Şirin oğlu (1928-199)

Abbasov Qadir Allahyar oğlu (1971-1983)

Zeynalov Umud Səlim oğlu (1926-1990)

Bəzi məzar daşlarında ad-soyad olmasa da, şəkillər var.

Qeyd edək ki, Xocavənd rayonunun Azıx kəndi 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib, 2020-ci il noyabrın 9-da işğaldan azad olunub. Hazırda kənd mina və partlamamış sursatlarla çirklənmiş hesab olunur.