“Eren Abluka-2” əməliyyatında 4 PKK-çı zərərsizləşdirilib
“Eren Abluka-2” əməliyyatında 4 PKK-çı zərərsizləşdirilib
29.06.2022 MEDİA Tərəfindən

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Eren Abluka-2” əməliyyatında daha 4 PKK-çı zərərsizləşdirilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Daxili işlər naziri Süleyman Soylu, “Eren Abluka-2” əməliyyatı zamanı Hakkarinin Kırıkdağ kəndində 4 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. 

Soylu “Twitter” hesabından yaydığı açıqlamada bildirib: 

"Qaça bilməyəcəksiniz. `Eren Abluka-2` əməliyyatında Hakkari Kırıkdağ kəndi çöllük bölgəsində, jandarma komando birlikləri daha 4 terrorçunu silahları ilə birgə zərərsizləşdirib. Qəhrəman övladlarımızı təbrik edirik."

Əməliyyatda eyni zamanda “M16” tapançası ilə 5 “M16” magazin, 2 ədəd “Kalaşnikov” avtomatı ilə 9 ədəd “Kalaşnikov” maqazin, 4 əl qumbarası, termal çətir, yuxu kisəsi, bel çantası, 3 ədəd termal kostyum və müxtəlif həyat üçün lazımi ləvazimatlar ələ keçirilib.

İlahə Əliyeva