"Ərdoğan, yoxsa NATO: Kim qalib gələcək?" sualına nəhayət ki, cavab tapıldı...
"Ərdoğan, yoxsa NATO: Kim qalib gələcək?" sualına nəhayət ki, cavab tapıldı...
29.06.2022 MEDİA Tərəfindən

Həftələrdir davam edən gərgin müzakirələr həm Türkiyəni, həm NATO rəhbərliyini, həm də İsveç və Finlandiyanı qane edən nəticə ilə tamamlandı.

Madriddə NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəldilər və bu görüşün sonucunda xarici işlər nazirləri tərəfindən Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandumu imzalandı

Beləliklə, Finlandiya və İsveç Türkiyənin tələblərini qəbul etdi.

Bu ölkələr bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyir, PKK və digər terror təşkilatlarının, eləcə də onlarla əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür.

Bundan əlavə, hər iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etməyə razılaşıb.

İsveç terrorçuları Türkiyəyə təhvil verəcək.

Eyni zamanda İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərini aradan qaldıraraq, bu istiqamətdə qarşılıqlı əməkdaşlığı artıracaq.

Türkiyənin bu tələblərinin qəbul edilməsinin qarşılığı olaraq rəsmi Ankara da İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyəcək.

NATO-nun baş katibi Yens Stoltenberq bu nəticədən razı qalıb. İndi hər kəs istədiyini əldə etmiş sayılır.

Bax belə. Bu hadisəni Türkiyənin əsl qrossmeyestr sayağı çoxgedişli siyasi-diplomatik manevrlərinin uğurlu nəticəsi kimi dəyərləndirmək olar.

Bəybala Mirzəyev

visiontv.az