Ərdoğan Qarabağda bizə mane olur! - Jirinovski
15.04.2021

Onu (Rəcəb Tayyib Ərdoğan – red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır.

Visiontv.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Ərdoğanın Krımla bağlı açıqlamasını şərh edərkən deyib.

“Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər (tiyəsi əyri qılınc tarixdə türk qılıncı kimi tanınır - red.)... Ərdoğan Liviya, Suriya, Azərbaycan və Ukraynada Rusiyanın “fırlanan çarxını” dayandırır. O, Ukrayna, Liviya və Qarabağda bizə mane olur”, - deyə Jirinovski bildirib.

Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayı Rusiya əsgərləri ölür.

Qeyd edək ki, burada Jirinovskinin Kremlin açıqlamasını “unutduğu” aydın görünür. Belə ki, rəsmi Moskva Ukrayna və Liviya münaqişəsi ilə əlaqəsinin olmadığını açıqlamışdı.

Üstəlik, Rusiya hökumətinin dünyanın dörd bir yanına silah satdığı və bundan dolayı minlərlə günahsız körpənin öldüyü heç kimə sirr deyil. Görünür, bunlar da irqçi partiya liderinin "yadına düşməyib".