Ərdoğan ilə Zelenski arasında telefon danışığı olub
Ərdoğan ilə Zelenski arasında telefon danışığı olub
07.06.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Prezidentin Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, danıçıq zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət müzakirə edilib. 

Prezident Ərdoğan, Kahovka Su Anbarında baş verən partlayışın detallarının araşdırılması məqsədi ilə müharibə tərəflərinin ekspertləri, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakıyla komissiya yaradıla biləcəyini açıqlayıb. 

Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını ifadə edən prezident Ərdoğan, taxıl dəhlizində olduğu kimi bu danışıqlar metodunun izlənilə biləcəyini də dilə gətirib.

Qarşıdurmalar davam etdikcə hər gün baş verən insan itkilərinin qarşısının alınmasının mümkün olmayacağını söyləyən prezident Ərdoğan, ədalətli sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcəklərini vurğulayıb. 

İlahə Əliyeva