Ərdoğan bir dövlət başçısı kimi Makronun bacarıqlarını şübhə altına aldı
Ərdoğan bir dövlət başçısı kimi Makronun bacarıqlarını şübhə altına aldı
30.01.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun dövlət başçısı olmaq qabiliyyətinə malik olmadığını, Parisin beynəlxalq ictimaiyyət arasında nüfuzunu itirdiyini bildirib.

Ərdoğan deyib: -"Əslində, Fransaya rəhbərlik edən şəxsin bu dövlətin başçısı olmaq qabiliyyəti yoxdur. Baxın, hazırda Afrika ölkələrini istismar edirlər. Mali Fransa ilə əlaqələrini kəsmək prosesindədir. Burkina Faso isə fransız əsgərlərini bir ay ərzində burada görmək istəmədiyini bildirdi. Güman edirəm ki, Toqo da eyni şeyi edəcək. Yəni Fransa Afrikada öz nüfuzunu sürətlə itirir. Düzünü desəm, indi danışdığımız hər şey Fransaya çatdırılacaq, amma Makron dürüst deyil".

Türkiyə liderinin sözlərinə görə: - "Beynəlxalq görüşlər zamanı Makronla çoxlu görüşlərim olub, amma o, dürüst deyil və biz istəyirik ki, beynəlxalq siyasət dürüstlük üzərində qurulsun, burada dürüstlük yoxdur, etimad yoxdur".

İsmayıl Tanrıverdi 

BDU-nun Erməni Araşdırmaları vəTəlim Mərkəzinin direktoru

Visiontv.az