Ənuşirəvan ilə bayquşların, Təbriz bələdiyyəsinin söhbəti davam edir
Ənuşirəvan ilə bayquşların, Təbriz bələdiyyəsinin söhbəti davam edir
02.06.2023 MEDİA Tərəfindən

Tezliklə İran prezidenti İbrahim Rəisi Təbrizə gələcək. Səfərin anonsunu qubernator Abidin Hürrəm verib. Səfər çərçivəsində prezident Təbriz ziyalıları, mədəniyyət xadimləri ilə görüşü nəzərdə tutulur.

Tələsik, atüstü Təbriz teatrını xatırlayıblar. Rəhbərini dəyişiblər tələm-tələsik. Səfər öncəsi Təbrizdə ilk dəfə "Yerli idarəetmə" mövzusunda böyük bir konfrans keçiriblər. 150 məruzə dinlənilib.

Hamı bir ağızdan Azərbaycandakı ağır, çıxınılmaz iqtisadi, mədəni, siyasi tənəzzüldən danışıb. Qeyd edilib ki, İranın mərkəzləşmiş idarəetmə sistemi, Azərbaycana çox ciddi zərbə vurur. Təbrizi, iflic edir.

Məruzələr, şəhər rəsmilərinin qanını qaraldıb. Keyflərinə soğan doğrayıb.

Bakıyla əlaqələrin kəsilməsi, Təbriz, Ərdəbil, Qaradağ, Culfa, Muğan düzü, Araz qırağında iqtisadi çöküşə gətirib çıxarıb. Bölgə, turistsiz, xarici əlaqələrdən kənarda qalaraq bayquş yuvasına çevrilib.

Ənuşirəvan ilə bayquşların, Təbriz bələdiyyəsinin söhbəti davam edir.

Prezident önündə nitq deməyə xatir, Təbriz bələdiyyə teatrının rəhbərliyinə məşhur kinoşünas, sənətşünas Nərgiz İbrahimini gətiriblər.

Fotodakı mənzərə düzü, çox ümüdsüzdü. İnanmıram bu təyinatla Təbrizdəki sönük mədəni, ictimai həyət bir azacıq alovlansın. İnanmıram.

Həmid Herisçi

visiontv.az