Ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının başı əziləcək
10.12.2024

“İŞİD və PYD kimi terror təşkilatlarının ən qısa zamanda başı əziləcək”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya İl Başqanları toplantısında çıkışı zamanı bildirib.


O qeyd edib ki, Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək:

“Türkiyə olaraq Suriyanı bu səviyyəyə çatdırmaq üçün böyük fədakarlıqlar etdik. Biz bunu şikayət edərək deyil, məmnunluqla etdik. Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. Onların (suriyalıların - red.) öz evlərinə qaytarılması məsələsində heç bir təxribatı qəbul edə bilmərik. Bəzi insanların güvəndikləri qüvvələrdən aldıqları cəsarətlə bölgəni atəşə sürüklənməsinə tamaşa etməyəcəyik.”