Elm və Din
Elm və Din
22.03.2023 MEDİA Tərəfindən

Deyirlər, İslam dini, bütün səmavi dinlər insanı elm öyrənməyə və bildiyini öyrətməyə çağırır.

Peyğəmbər hədisləri var, deyir “Biliyi ilə xalqa xeyir verən bir alim 40 il ibadət edən adamdan xeyirlidir”; “Allah bisavadın bir gunahını bagislayanda, alimin qırx gunahını bagislayır”; “Ən böyük sədəqə biliyi bilməyənlər arasinda yaymaqdır”; “Alimin ibadət edəndən ustünlüyü ayın ulduzlardan ustünlüyünə bənzər” və s. Hətta deyilir ki, “Bilik əldə etməyə çalışan adam, dünyadan köcüb gedirsə, şəhid sayılır”.

Deyirəm, İslamın elmə münasibəti, Peyğəmbər hədisləri gözəldir, amma düzgün dəyərləndirilməlidir. İslamda, ümumiyyətlə dini kəlamlarda elm, bilik dedikdə fizika, kimya, riyaziyyat, ya da genetika nəzərdə tutulmur, Marsa uçmaq nəzərdə tutulmur, Allah kəlamının - səmavi kitabların öyrənilməsi və öyrədilməsi nəzərdə tutulur. Hətta bu barədə Peyğəmbər hədisi də var: “Bilik mənim mirasımdır, məndən əvvəlki peygəmbərlərin mirasıdır”. Səhvdir, həqiqətdir, amma mənim fikrim belədir…

Qalib ARİF

visiontv.az