“Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabı nəşr olunub
09.09.2021

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirinin “Əlif-Bə: Qurani-Kərim əlifbası və Təcvidül-Quran” kitabının üçüncü nəşri işıq üzü görüb.

Visiontv.az-ın məlumatına görə, kitab QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin ön sözü ilə nəşr edilib.

İlkin olaraq bu kitab “Məsumə” dini mağazalar şəbəkəsinə (28 may və Sədərək Ticarət Mərkəzi) və “Əhli-Beyt” dini dükanına (Nizami metrosu, Hacı Soltanəli məscidinin arxası) satış üçün verilib. Kitabın qiyməti 5 manat təşkil edir.

Üçüncü nəşrdə “Qəlqələ” hərfləri, “Bəqərə” surəsinin əvvəli, “Yasin”, “Ər-Rəhman”, “Mulk” surə-ləri və “Xətmül-Quran duası” Təcvid qaydaları rənglərlə göstərilməklə əlavə edilib, bəzi naxışlar yeniləri ilə əvəzlənib.

Kitab artıq satışdadır. Satışdan əldə olunan gəlir kitabın növbəti nəşrinə sərf olunacaq.