Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-BƏƏ iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.