İranda müxtəlif televizya kanalları, media və konfranslarda Azərbaycan Respublikasına qarşı davamlı qərəzli çıxışları ilə məşhur olan Əli Əkbər Raefpur barədə cinayət işi açılıb.
Bu barədə İran məhkəmə sisteminin "Mizan" saytı məlumat yayıb.
Məlumata görə, o, "yalan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmaq"da günahlandırılıb.
Bir neçə gün əvvəl isə onun xeyriyyə işləri adı altında vətəndaşlardan külli məbləğdə vəsait topladığı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, İranda anti-Azərbaycançı kimi tanınan Əli Əkbər Raefipur Ermənistanı qorumaq üçün İranın bu ölkəyə ordu göndərməsini təklif etmişdi.
visiontv.az