Elektron dələduzlardan özünüzü qoruyun!
Videonu Aç
Elektron dələduzlardan özünüzü qoruyun!
02.05.2021 Elvin ABBASOV Tərəfindən

Dələduzluqla məşğul olan şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər etməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinir. Bu fişinq hücümlar adlanır.

Vətəndaşlara zəng edib hansısa lotoreyada qalib gəldiklərini deyirlər. Yaxud da özlərini hansısa bank əməkdaşı kimi təqdim edərək, onlara göndərilən linklərə daxil olub, qeydiyyatdan keçib, diqqət çəkən bir məbləğə sahib olacaqlarını bildirirlər.

Bank kartının kodunu verən vətəndaş isə dələduzuqla üzləşdiyini yəqin edəndə gec olur.

İT mütəxəssisi ekspert Elvin Abbasov Space TV-nin mövzuyla bağlı hazırladığı süjetdə fikirlərini bölüşüb.

Visiontv.az həmin süjeti təqdim edir: