Əfv Komissiyasının iclası keçirilir...
07.02.2023

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.

Visiontv.az Modern.az - a istinadən xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılır. Komissiyanın ötən üç iclasında 300-dən artıq müraciətə baxılmışdı. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində, may ayında Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.